Modern.az

İlon Mask Bakıda keçiriləcək konqresdə ÇIXIŞ EDƏCƏK

İlon Mask Bakıda keçiriləcək konqresdə ÇIXIŞ EDƏCƏK

1 Oktyabr 2023, 10:35

“Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində İlon Maskın (Elon Musk) çıxışı gözlənilir. Onun çıxışı onlayn olacaq və canlı yayımlanacaq. Düşünürəm ki, o bizə xüsusi prezidentasiyalar hazırlayıb”. 

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq konfransda Beynəlxalq Astronavtika Federasiyasının  (IAF) keçmiş prezidenti Yan Yves Le Qall bildirib. 

 

“Mən IAF-ın prezidenti olanda Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez müzakirələrimiz olurdu. Onun kosmik tədqiqatlarla bağlı müəyyən təşəbbüsləri, ideyaları var idi. Müxtəlif layihələr həyata keçirmək istəyirdi. Nəhayət 74-cü Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi qərara alındı. Azərbaycanda keçirilən Konqres əslində 2022-ci ildə olmalı idi. Amma pandemiya səbəbindən bu bir il yubandı. Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib. Biz həmçinin Çin və Amerika arasındakı münasibətlərə də fikir verməliyik. Son olan hadisələr ölkələr arasında kosmik fəaliyyətə xüsusi təsir edir. Biz əvvəlcədən bu hadisələri tam planlaşdıra bilməmişdik. Düşünürəm ki, böhran vəziyyətində kosmos sahəsində fəaliyyətlə bağlı ölkələr arasında əlaqələrə yenidən baxmalı və həll yolları tapmalıyıq”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi