İctimai Televiziya və Radio Yayımları Şirkətində kadr islahatları davam edir. Modern.az saytının xəbərinə görə, İTV-nin baş direktoru Cəmil Quliyev daha bir yeni təyinata imza atıb. Belə ki, onun müvafiq əmri ilə Zaur Hüseynzadə İctimai Televiziya və Radio Yayımları Şirkətinin texniki direktoru təyin olunub.
Xəbəri İTV-dən də təqsdiqləyiblər.