Modern.az

Parlamentdə Qənirə Paşayeva və Madər Musayevin xatirəsi yad edildi

Parlamentdə Qənirə Paşayeva və Madər Musayevin xatirəsi yad edildi

2 Oktyabr 2023, 11:10

Ötən dövr ərzində Milli Məclisin həyatında kədərli hadisələr də baş verib.  İyulun 14-də deputat Madər Musayev dünyasını dəyişib. Sentyabrın 28-də isə Qənirə Paşayeva haqq dünyasına qovuşub

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.


Sədr bildirib ki, Qənirə Paşayeva Milli Məclisin qanunverucilik və qanunyaratma prosesində yaxından iştirak edib.

 

"Məhrum həmkarlarımız haqqında düşünərkən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır", - o qeyd edib.

 

Spiker təklif edib ki, Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

 

Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi