Modern.az

Mənim kimi 1 milyon insan barbarcasına didərgin salınıb - Deputat

Mənim kimi 1 milyon insan barbarcasına didərgin salınıb - Deputat

2 Oktyabr 2023, 11:34

“Son hərbi tədbirlərlə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu. Bu gün biz artıq rayonlarımızın işğal günlərini deyil, azad olunma günlərini qeyd edirik”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Ceyhun Məmmədov bildirib. 

 

"30 il bundan əvvəl mən və mənim kimi 1 milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salınıb. 90-cı illərin əvvəllərində Azərbaycan çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Arazı keçərək xilas oldular", - o qeyd edib.

 

Deputat vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.

 

"3 il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, Konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Bu gün Zəngilan Şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. 
Bu gün nəinki Zəngilan, bütün işğaldan azad olunmuş rayonlar, Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşada da sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”, - Ceyhun Məmmədov deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi