Modern.az

Deputatdan Əli Kərimli ilə bağlı ŞOK AÇIQLAMA: Xalq düşmənidir, erməniyə işləyir

Deputatdan Əli Kərimli ilə bağlı ŞOK AÇIQLAMA: Xalq düşmənidir, erməniyə işləyir

2 Oktyabr 2023, 11:54

“Əli Kərimli kimdir ki, gəlib Azərbaycan prezidentini qələbəsinə görə təbrik etsin? Yaxud da biz onun təbrikini niyə gözləməliyik?”

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Siyavuş Novruzov bildirib. 


“Belə adamların Milli Məclisdə adlarının çəkilməsinə ehtiyac yoxdur. Bu adam kimdir ki, onun təbrikini biz gözləyək? Həmin adam xalq düşmənidir, ermənilərə işləyir. Ona görə parlamentdə belə şəxslərin adlarının çəkilməsinə ehtiyac yoxdur”,- deyə o qeyd edib.

 

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputatların bəziləri Əli Kərimlinin Azərbaycan Prezidentini təbrik etmədiyini tənqid edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi