Modern.az

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir

2 Oktyabr 2023, 12:50

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında müzakirəyə çıxarılan  “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində qeyd edilib.

 

Qanun layihəsinə görə, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi