Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

2 Oktyabr 2023, 12:58

Ötən həftə ərzində (25-29 sentyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 100,586 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,576 dollar və ya 0,57% azdır.

 

Modern.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 102,7 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 99,06 dollar səviyyəsində olub.

 

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi