Modern.az

300-ə qədər şəxsi ədalət mühakiməsi gözləyir

300-ə qədər şəxsi ədalət mühakiməsi gözləyir

2 Oktyabr 2023, 13:46

“İndi Azərbaycan dövləti Qarabağda 30 illik hərbi cinayət törədənlər, millətimizə sonsuz bəlalar yaşadanlar üzərində Haaqa tribunalını təşkil edir. Vardanyan, Babayan, Mnatsakanyan və 300 qədər şəxsi ədalət mühakiməsi gözləyir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Zahid Oruc bildirib. 

 

“Doğrudur, “etnik təmizləmə” ittihamı ilə, birgəyaşayışa zərbə vurmaq, ölkəmizə qarşı beynəlxalq sanksiyalara nail olmaq, kütləvi köç edən ermənilərin sayını süni artırmaqla humanitar yardım və təzminat qazanmaq, birlikdə yaşamın mümkünsüzlüyünə dünyanı inandırmaq, bölgəyə beynəlxalq missiyaları gətirmək və nəhayət, Kosovoda olduğu kimi “xilas üçün ayrılma” modelini işə salmaq Ermənistanın son planıdır. Əfqanıstanda, Suriyada, Liviyada qaçqınların acılarını işıqlandırmayan Qərb mediası hər gün dünya miqyasında Qarabağ ermənilərinin xeyrinə kampaniya aparır. Halbuki ermənilərin kütləvi köçü Ermənistanda hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır, özünü ləğv edən Qarabağ rəhbərliyinin birbaşa göstərişidir”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi