Modern.az

Moldova yeganə dəniz limanını Rumıniyaya satır

Moldova yeganə dəniz limanını Rumıniyaya satır

2 Oktyabr 2023, 13:58

Moldova hökuməti ölkənin yeganə limanı Qirqilestinin mümkün satışı ilə bağlı Rumıniya ilə danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bunu hökumətin mətbuat xidmətinin rəhbəri Daniel Voda bildirib.

 

Onun sözlərinə görə, sövdələşmə Moldovaya investisiya cəlb etməyə kömək edəcək. O, təxmini məbləği açıqlamayıb.

 

“Bu, bizim ikitərəfli gündəliyimizdə olan müzakirə olunmuş ideyadır. Baş nazir Dorin Rekan ölkəmizə investisiyaların cəlb edilməsinə, xüsusən də infrastruktur layihələrinə çox diqqət yetirir”, - Voda deyib

 

Qirqilesti limanı Prut və Dunay çaylarının sahilində yerləşir. Bu, Moldovanın dənizə - Qara dənizə yeganə çıxışıdır. 2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) limanı idarə edən "Danube Logistics" şirkətinin kapitalının 100%-ni alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi