Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Energetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsini deputat Sadiq Qurbanov təqdim edib.
Qeyd edək ki, sənəd 6 fəsil, 28 maddədən ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.