Modern.az

“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşdi

“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşdi

3 Oktyabr 2023, 13:26

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

 

Modern.az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.

 

Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.

 

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi