Modern.az

Qafqazda yeni vəziyyət: Gürcüstan ehtiyatlı mövqe tutacaq - Tbilisidən reaksiya

Qafqazda yeni vəziyyət: Gürcüstan ehtiyatlı mövqe tutacaq - Tbilisidən reaksiya

4 Oktyabr 2023, 12:36

Azərbaycan ordusunun 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Artıq Azərbaycanın suverenliyi tam bərpa edilib və Ermənistanla sülh müqaviləsinin bağlanması üçün danışıqlar aparılır.

 

Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstanın regiondakı mövqeyi olduqca maraqlıdır. Tbilisi bir neçə dəfə Ermənistan və Azərbaycan arasında vasitəçiliyə cəhd etsə də, ciddi nəticə əldə edə bilməyib. Sonuncu antiterror tədbirlərindən sonra da Gürcüstandan reaksiya olmayıb.

 

Modern.az Gürcüstanın mövqeyi ilə bağlı Tbilisidə fəaliyyət göstərən Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze ilə danışıb.

 

O, saytımıza açıqlamasında Cənubi Qafqazın gələcəyi ilə bağlı fikirlərini bölüşüb. "Azərbaycan hərbi yolla öz ərazi bütövlüyünü praktiki olaraq bərpa edib, amma əgər qlobal və regional oyunçuların maraqları kəsişməzsə, Cənubi Qafqazda vəziyyət uzun müddət təlatümlü qala bilər. Çünki hamı sülhdə maraqlı deyil”, - ekspert deyib.

 

Mərkəzin ekspertin sözlərinə görə, Qərb Ermənistanı yenidən münaqişə yaratmaq üçün istifadə edə bilər:

 

“Yaxın gələcəkdə çox şey Ermənistan, Rusiya və İranın hərəkətlərinin necə olmasından, Qərbin İrəvandan regionda yeni münaqişə yaratmaq üçün istifadə etməyə qərar verib-verməməsindən asılı olacaq", - Anjaparidze vurğulayıb.

 

O qeyd edib ki, Gürcüstanın indiki mərhələdə isə separatçı bölgələr üzərində nəzarəti bərpa etmək imkanı yoxdur: "Etiraf etmək lazımdır ki, Gürcüstanın Azərbaycan kimi güclü müttəfiqləri yoxdur. Ona görə də Gürcüstan hələ də suverənliyini təmin etməyə hazır deyil”.

 

"Cənubi Qafqazda ölkələr arasında əlaqələrə gəldikdə isə üç ölkə arasında münasibətlər daha çox Bakı və İrəvanın bir-biri ilə münasibətləri necə qurmasından asılı olacaq. Gürcüstan Qarabağ münaqişəsi ilə bağlı münasibətlərdə həmişə bərabər məsafəli siyasət yürüdüb. İndi Gürcüstan, çox güman ki, ehtiyatlı mövqe tutacaq”,- deyə Anjaparidze əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi