Modern.az

ABB sahibkarlara yeni imkanlar təqdim ETDİ

ABB sahibkarlara yeni imkanlar təqdim ETDİ

3 Oktyabr 2023, 18:03

ABB və KOBİA-nın birgə təşkilatçılığı ilə Xaçmazdakı KOB evində yerli sahibkarlar üçün təlim təşkil olunub. Təlim “Maliyyə mənbələrinə çıxışa dəstək” mövzusuna həsr edilib. Tədbirdə Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən bir qrup fərdi sahibkar iştirak edib.

 

Onlara ABB-nin regionlarda sahibkarlara yaratdığı imkanlar, Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. İştirakçlar Bankın bizneslər üçün rəqəmsal xidmətləri barədə də ətraflı məlumatlandırılıblar. O cümlədən İnternet Bankçılıq, ABB Business mobile həllərinin imkanları təqdim olunub. ABB və KOBİA təmsilçiləri iştirakçıların suallarını cavablandırıblar.

 

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi