Modern.az

Ermənistan xarici kəşfiyyatının yeni rəhbəri kimdir? - DOSYE

Ermənistan xarici kəşfiyyatının yeni rəhbəri kimdir? - DOSYE

Aktual

4 Oktyabr 2023, 10:28

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 4-də imzaladığı qərarla Kristina Qriqoryanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.

K.Qriqoryan bu təyinatadək Ermənistanın Ombudsmanı vəzifəsində işləyib. O, bu il yanvarın 24-də Ombudsman vəzifəsindən istefa vermişdi.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kristina Qriqoryan 1981-ci ildə Sevan şəhərində anadan olub.

K.Qriqoryan 12 ildən artıq müddətdə dövlət orqanlarında – Ermənistan parlamentinin Aparatında, Ədliyyə Nazirliyində, baş nazirin birinci müavininin Aparatında çalışıb.

2016-2017-ci illərdə Avropa Şurasında insan hüquqları üzrə milli ekspert vəzifəsində işləyib.

O, 2019-cu ilin iyulunda Ermənistan ədliyyə nazirinin müavini vəzifəsinə, 2019-cu ilin aprelində isə ədliyyə nazirinin birinci müavini təyin edilib.

K.Qriqoryan 2022-ci il yanvarın 24-də parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən Ermənistanın Ombudsmanı seçilmişdi. Bir il bu vəzifədə çalışdıqdan sonra istefa vermişdi.

Kristina Qriqoryan Baş nazir Nikol Paşinyana ən sadiq kadrlardan sayılır.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi