Modern.az

Parlamentdə bir oxunuşda baxılacaq qanun layihələrinin SAYI

Parlamentdə bir oxunuşda baxılacaq qanun layihələrinin SAYI

4 Oktyabr 2023, 09:28

Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə bir oxunuşda baxılacaq.

 

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

 

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi