Modern.az

Faktiki hava - Rayonlarda leysan yağıb

Faktiki hava - Rayonlarda leysan yağıb

4 Oktyabr 2023, 11:12

Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şimal rayonlarında 29 mm, Qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, Cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.

 

Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı