Modern.az

Fransanın Ermənistana verdiyi silahlar Ukraynaya qarşı istifadə edilə bilər - ŞOK AÇIQLAMA

Fransanın Ermənistana verdiyi silahlar Ukraynaya qarşı istifadə edilə bilər - ŞOK AÇIQLAMA

4 Oktyabr 2023, 16:32

Ötən gün Fransanın xarici işlər naziri Katrin Kollona Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalarda İrəvana dəstək olacaqlarını bir daha bəyan edib. O, Ermənistanla hərbi yardım barədə sazişin imzalanacağını, sərhəddəki Avropa İttifaqı (Aİ) missiyasının fəaliyyətinin genişləndiriləcəyini bildirib.

 

“Fransa Ermənistana hərbi texnikanın verilməsinə imkan verəcək saziş imzalayacaq. Həmçinin, biz Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelə Aİ-nin müşahidə missiyasını genişləndirmək və onun mandatını gücləndirmək üçün rəsmi məktub göndərmişik. Biz Ermənistanı da Avropa sülh mexanizminə daxil etməyi təklif etmişik, məsələn, Moldovada belə bir proqram həyata keçirilir", - Kolonna qeyd edib.

 

Uzun illər Azərbaycan və Ermənistan arasında münaqişəninin həllində vasitəçi dövlətlərdən olan Fransanın dağıdıcı mövqeyi tərəflər arasında sülh prosesinə zərbə vurmaqdan başqa bir şey deyil.

 

Fransa Senatının üzvü Natali Qule Modern.az-a açıqlamasında bildirib ki, rəsmi Parisin mövqeyi qəbuledilməzdir:

 

“Düşünürəm ki, Fransa rəsmisi tərəfindən deyilənlər təxribatçı bəyanatdır. ATƏT-in Minsk qrupunun dövründə Fransa Ermənistanın qeyri-qanuni işğalı məsələsinin həllinə kömək edə bilməyib. İndi isə erməni lobbisi Azərbaycanın tarixi torpaqlarından çıxan ermənilərə qarşı soyqırım olduğunu iddia edir. Silahlara gəlincə, mən bunu çox riskli hesab edirəm, çünki Ermənistan Rusiya və İranın müttəfiqidir.

 

Ola bilsin ki, Afrikada gördüyümüz kimi Ukraynada da ukraynalı dostlarımıza qarşı silahlarımızı tapaq. Vəziyyətin çox mürəkkəb olduğunu deyə bilərik. Erməni lobbisi isə çox güclü hərəkət edir və çox təxribatlara əl atır”,- deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi