Modern.az

Məqsədimiz minimum sabitliyi qoruyub saxlamaqdır - Baş məşqçi

Məqsədimiz minimum sabitliyi qoruyub saxlamaqdır - Baş məşqçi

4 Oktyabr 2023, 23:40

"Oyun hər iki komanda üçün olduqca vacibdir və biz bunun fərqindəyik. Əsas məqsədimiz bu görüşdən üç xal ilə ayrılmaqdır".

 

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hekken" klubuna qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

 

Əlli bir yaşlı mütəxəssis rəqibin özünəməxsus oyun üslubu olduğunu bildirib: "Onlara qarşı diqqətli olmaq lazımdır. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq. İnanıram ki, futbolçularımız bunu bacara biləcəklər".

 

Baş məşqçi "Qarabağ"ın böyük təcrübəyə malik komanda olduğunu vurğulayıb: "Hansı turnirdə iştirak etməyimizə baxmayaraq, çalışırıq ki, ən yaxşısı olaq. Neçə ildir, avrokubokların qrup mərhələsində oynayırıq. Daha çox inkişaf etmək istəyirik. Bəzən şanslarımız daha böyük olub, amma yaxşı istifadə edə bilməmişik. Bu, komandanın mənfi cəhətidir. Məqsədimiz minimum sabitliyi qoruyub saxlamaqdır".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi