Modern.az

Bu gün \"Qarabağ\" \"Hakken\"lə qarşılaşacaq

Bu gün \

5 Oktyabr 2023, 09:04

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.

 

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.

 

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

 

H qrupu

23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi