Modern.az

Azərbaycan – Avstriya oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

Azərbaycan – Avstriya oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

İdman

5 Oktyabr 2023, 17:48

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri və satışa çıxarılacağı ünvanlar müəyyənləşib.

 

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

 

Biletlərin qiyməti kateqoriyalar üzrə aşağıdakı kimidir:

 

Kateqoriya 1 - 15 manat

Kateqoriya 2 - 10 manat

Kateqoriya 3 - 5 manat

VİP E,F,G,H - 50 manat

VİP A, B - 50 manat

VİP 31-36 - 50 manat

VİP C2, D2 - 30 manat

VVİP C, D - 200 manat

 

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi