Modern.az

\"Qarabağ\" \"Hakken\"i məğlub etdi - YENİLƏNİB

\

6 Oktyabr 2023, 00:54

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə "Hakken"in qonağı olub.

 

Modern.az xəbər verir ki, "Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

 

70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

 

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

 

H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.

 

***

00:32

 

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən görüşdə hesab açılıb.

 

Modern.az xəbər verir ki, Ağdam klubu 70-ci dəqiqədə fərqlənib.

 

Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

 

***

23:48

 

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

 

Modern.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək "Hakken" və "Qarabağ"ın start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, komandalar meydanı aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

 

"Hakken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

 

Baş məşqçi: Per Matias Hoqmo

 

"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

 

Baş məşqçi: Qurban Qurbanov

 

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi