Modern.az

Millimiz bu gün Qazaxıstanı qəbul edəcək

Millimiz bu gün Qazaxıstanı qəbul edəcək

6 Oktyabr 2023, 09:24

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-n məlumatına görə, A qrupunda yer alan yığma favoritlərdən sayılan Qazaxıstanla qarşılaşacaq.

 

Vitali Borisovun yetirmələri rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Qazaxıstan ilk iki görüşündə qələbə qazanıbsa, millimiz Rumıniyaya məğlub olub (1:3), Niderlanda qalib gəlib (6:1).

 

Saat 20:00-da başlayacaq matçı finlandiyalı hakimlər Kirill Naişouler, Arttu Kyynaeraeynen və Paavo Komppa idarə edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi