Modern.az

Sülhməramlıların Qarabağdan çıxarılması tarixi dəqiqləşir

Sülhməramlıların Qarabağdan çıxarılması tarixi dəqiqləşir

6 Oktyabr 2023, 12:48

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyinə diplomatik mənbə bildirib.

 

"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", - mənbə deyib.

 

Detallar açıqlanmayıb.

 

Qeyd edək ki, dünən Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər.

Bu xəbər ilə bağlı
Ermənistan MN sülhməramlılarla bağlı məlumatı ŞƏRH ETDİ
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi