Türkiyənin "Beşiktaş" futbol klubunun baş məşqçisi Şenol Günəş istefa verib.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Konfrans Liqasında "Luqano"ya 3:2 hesab ilə məğlub olduqdan sonra klub rəhbərliyi Şenol Güneşlə görüşüb.
Görüşdən sonra heç bir açıqlama verilməyib. Bu gün isə Şenol Günəş istefa qərarını açıqlayıb.