Modern.az

Tərtərdə daha bir mina partladı - Yaralı var 

Tərtərdə daha bir mina partladı - Yaralı var 

6 Oktyabr 2023, 21:29

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

 

O, dərhal xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu