Modern.az

Türküstanda Şuşa günləri keçirildi

Türküstanda Şuşa günləri keçirildi

Qarabağ

7 Oktyabr 2023, 16:38

Qazaxıstanın Türkistan şəhərində Şuşa günləri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir oktyabrın 3-6-da Beynəlxalq Türk Mədəniyyəti, İrsi Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin birgə təşkilatçlığı ilə baş tutub.

 

Tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin rəhbərliyi ilə bərabər, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Milli Məclisin deputatları Fatma Yıldırım və Nizami Cəfərov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və adıçəkilən qurumların nümayəndələri iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu