Modern.az

AZAL Təl-Əvivə reysləri BƏRPA EDƏCƏK

AZAL Təl-Əvivə reysləri BƏRPA EDƏCƏK

8 Oktyabr 2023, 18:31

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

 

Bu barədə "Modern.az"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

 

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

 

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?