Modern.az

Müharibəyə görə neft bahalaşır

Müharibəyə görə neft bahalaşır

İqtisadiyyat

9 Oktyabr 2023, 08:38

Birjalarda Brent və WTI markalı neftin qiyməti 4% bahalaşıb.

 

Modern.az xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 88,99 dollara çatıb.

 

Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.

 

Ekspertlər bildirirlər ki, qiymət İsraillə Fələstinin Həmas hərəkatı arasında müharibənin başlaması fonunda yüksəlir.

 

Qeyd olunur ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı, yoxsa digər bölgələrə, xüsusilə də Səudiyyə Ərəbistanına genişlənəcəyidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi