Modern.az

Həftəsonu cinayət törədən 60 nəfər saxlanılıb

Həftəsonu cinayət törədən 60 nəfər saxlanılıb

9 Oktyabr 2023, 09:44

7-8 oktyabr tarixlərində ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?