Modern.az

Goranboyda yaşayış binasının təməli qoyuldu - FOTOLAR

Goranboyda yaşayış binasının təməli qoyuldu - FOTOLAR

9 Oktyabr 2023, 10:28

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 4 mərtəbəli 20 mənzilli binanın tikinti işlərinə başlanılması ilə bağlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup rayon ağsaqqalları və binanın gələcək sakinləri iştirak ediblər.

 

Binanın sakinləri bu diqqət və qayğıya görə, dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və inşası aparılan bu binanın onlara cənab Prezidentimizin ən gözəl hədiyyəsi olduğunu qeyd ediblər.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?