Modern.az

Daha bir poliklinikada rentgen müayinəsi dayandırıldı - FOTOLAR

Daha bir poliklinikada rentgen müayinəsi dayandırıldı - FOTOLAR

9 Oktyabr 2023, 11:14

Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin 2 nömrəli poliklinika şöbəsində yerləşən rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

 




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?