8 oktyabr tarixində UNEC Startup İnkubator ilə birlikdə CodersAzerbaijan-da məlumatlandırıcı infosessiya təşkil edildi.
Modern.az xəbər verir ki, UNEC Startup inkubator mərkəzi “BootSTART-2” proqramlarımız haqqında ətraflı çəlumat verdi. İnfosessiyanın sonunda iştirakçıları maraqlandıra suallara cavab tapıldı.
“BootSTART-2” proqramı ideyası yaxud bacarığı olan Unec və ya digər universitet məzun, tələbələri üçündür. Proqram çərçivəsində profesional mentor dəstəyi, 3.000 azn-lik ilkin investisiya, hostinq və inkubasiya rezidentliyi vəd edilir.
Proqramın tələbləri isə, həmtəsisçilərdən ən az biri Unec tələbəsi və ya məzunu olmalı, həmçinin ingilis dilində sərbəst danışıq qabiliyyətinə sahib olmalıdır.
Proqram haqqında ətraflı məlumat üçün coders.edu.az saytına keçid edə bilərsiniz.