Modern.az

Evə girən oğrular yaşlı ər-arvadı DÖYDÜLƏR

Evə girən oğrular yaşlı ər-arvadı DÖYDÜLƏR

10 Oktyabr 2023, 08:55

Goranboyda evə girən oğrular ər və arvadı döyüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.

 

Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

 

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər.

 

Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?