Modern.az

Prokurorluq 50 vakant yeri müsabiqəyə çıxardı

Prokurorluq 50 vakant yeri müsabiqəyə çıxardı

10 Oktyabr 2023, 10:32

"Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə keçirilir".

 

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhəsləsinin, yəni test mərhələsinin keçirilir:

 

"Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, müsabiqə nəticəsində yüksən nəzəri biliyə, yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?