Modern.az

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

İdman

10 Oktyabr 2023, 14:00

Belçika millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq yarımmüdafiəçisi Eden Azar peşəkar karyerasını başa vurub.

 

Modern.az xəbər verir ki, ulduz oyunçu 32 yaşında futbolla vidalaşıb. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.

 

“Doğru zamanda “dur” deməyi bacarmalısınız. 16 illik karyeramdan və oynadığım 700-dən çox matçdan sonra peşəkar karyeramı bitirmək qərarına gəldim”, - deyə E. Azar yazıb.

 

Qeyd edək ki, Son klubu “Real Madrid” olan Eden Azar karyerası ərzində Fransanın “Lill” və İngiltərənin “Çelsi” komandalarında da çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi