Modern.az

Gimnastlarımız Bolqarıstana getdilər

Gimnastlarımız Bolqarıstana getdilər

10 Oktyabr 2023, 15:44

Bolqarıstanda keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında iştirak edəcək akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Varna şəhərinə yola düşüb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, yarışda Azərbaycanı Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) təmsil edəcək.

 

Qeyd edək ki, turnir 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi