Modern.az

Bakıda ana 4 uşağı ilə itkin düşdü

Bakıda ana 4 uşağı ilə itkin düşdü

11 Oktyabr 2023, 09:34

Bakıda ana və 4 uşağı itkin düşüb.

 

Modern.az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.

 

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı - 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?