Modern.az

İsraildə Azərbaycan vətəndaşı HƏLAK OLDU

İsraildə Azərbaycan vətəndaşı HƏLAK OLDU

11 Oktyabr 2023, 10:50

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bunu "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, həlak olanlar arasında 3 Azərbaycan yəhudi əsilli şəxs də var. A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

 

Qeyd edək ki, Fələstinin HƏMAS silahlı qruplaşması ilə İsrail ordusu arasında toqquşma oktyabrın 7-də başlayıb. İndiyədək minlərlə şəxs həlak olub və yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı