Modern.az

Rusiya Zəngəzurda konsulluq açmaq planını davam etdirir - Səfir

Rusiya Zəngəzurda konsulluq açmaq planını davam etdirir - Səfir

Aktual

11 Oktyabr 2023, 13:16

Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkinin başçılıq etdiyi nümayəndə heyəti Zəngəzur bölgəsinə (Ermənistan Sünik rayonu adlandırır- red.) səfər edib. Rusiya nümayəndə heyətinin səfəri Qarabağı tərk etmiş erməni sakinlərin ehtiyaclarını qiymətləndirmək və yerli hakimiyyət orqanları ilə bir sıra məsələləri müzakirə etmək məqsədi daşıyır.

Modern.az-ın məlumatına görə, Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb.
 

O bildirib ki, yerli hakimiyyət orqanları ilə müzakirə olunan mühüm məsələlərdən biri Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun açılması ilə bağlı olub.

O xatırladıb ki, Rusiya rəsmiləri ilk dəfə 2023-cü ilin may ayında Zəngəzurda konsulluğun açılmasının mümkünlüyü barədə məlumat veriblər. Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib.

"Bu, yeni və çox vacib məqamdır. Bizim burada çalışan, bu açılışa hazırlaşan diplomatlar qrupu var", - səfir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?