Modern.az

Qazaxda ev və mağaza yandı

Qazaxda ev və mağaza yandı

Aktual

11 Oktyabr 2023, 11:48

Qazax rayonunun Aşağı Salahlı kəndində vətəndaşa məxsus birmətəbəli yaşayış evi, ona bitişik mağaza və yardımçı tikili yanıb.

 

Modern.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

 

Yanğın zamanı həmin ünvanda təmir işləri görən Məqsəd Mustafayev müxtəlif yanıq xəsarətləri, Hikmət Mustafayev isə ayağına kəsici dəmir parçasının batması nəticəsində xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?