Rəsmi Moskva HƏMAS-ın terrorçu hərəkat kimi tanınmasına münasibət bildirmək istəməyib.
Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı suala cavabında bildirib ki, Rusiya münaqişə tərəfləri ilə əlaqə saxlayır, əsas prioritet bölgədəki rusların taleyidir.
"Biz münaqişə tərəfləri ilə əlaqələrimizi davam etdiririk. Hər iki tərəfdə Rusiya vətəndaşları var. Bizim üçün Rusiya vətəndaşlarının taleyi bir nömrəli məsələdir".
Peskov Fransa və Avropa İttifaqının HƏMAS-I terror hərəkatı kimi tanımasına münasibət bildirmək istəməyib.
Bundan əlavə, o qeyd edib ki, Rusiya vəziyyəti diqqətlə təhlil etməyə və nizamlanma proseslərində iştirak etmək potensialına malik ölkə kimi mövqeyini qorumağa davam edir.