Modern.az

Nizami Rəmzinin qızının acınacaqlı həyatı - VİDEO

Nizami Rəmzinin qızının acınacaqlı həyatı - VİDEO

Aktual

11 Oktyabr 2023, 13:48

Tanınmış meyxanaçı və şair Nizami Rəmzinin qızı narkotik asılılığından əziyyət çəkir.

 

Modern.az xəbər verir ki, bu barədə bloqer Nail Kəmərli videoçarx hazırlayıb.

 

Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda yaşayan Heyran adlı qadın Nizami Rəmzinin qızı olmasını gizlətməyib. O, atasının adının bu kimi məsələlərdə çəkilməsini istəmədiyini deyib.

 

Bildirilib ki, tanınmış meyxanaçının qızı gündəlik plastik əşya, metal tullantı toplayıb satmaqla pul qazanır.

 

Qeyd edək ki, Nizami Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?