Modern.az

Bakı Media Mərkəzinin 2 əməkdaşı Yay Olimpiya Oyunlarına dəvət olundu

Bakı Media Mərkəzinin 2 əməkdaşı Yay Olimpiya Oyunlarına dəvət olundu

Aktual

11 Oktyabr 2023, 15:18

Bakı Media Mərkəzinin 2 əməkdaşı - Tahir Əliyev və Cavidan Şərifov 2024-cü ildə Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının çəkiliş prosesinə peşəkar mütəxəssis kimi dəvət olunublar.

Modern.az xəbər verir ki, Yay Olimpiya Oyunları müddətində Tahir Əliyev prodüser, Cavidan Şərifov isə yayım rejissorunun köməkçisi kimi çalışacaq.

Onlar xüsusilə atıcılıq yarışı üzrə çəkilişlərin aparılmasında öz dəstəklərini göstərəcəklər.

33-cü Yay Olimpiya və Paralimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?