Modern.az

8 ayda 99 üçəm, 4 dördəm doğulub

8 ayda 99 üçəm, 4 dördəm doğulub

11 Oktyabr 2023, 16:24

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşmüşdür. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

 

Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi