Modern.az

Samuxlu sahibkarları bir araya gətirən eyni problem - FOTO

Samuxlu sahibkarları bir araya gətirən eyni problem - FOTO

11 Oktyabr 2023, 17:16

“Səyyar qəbul otağı” həftədə 1 dəfə ölkədə fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunur ki, bu gün də bu fürsətdən Samux rayonunda fəaliyyət göstərən sahibkarlar yararlanmaq imkanı əldə ediblər.

Modern.az xəbər verir ki, rayonun Qarayeri qəsəbəsində bir araya gələn sahibkarlardan yalnız 5-i müraciətini ünvanlayıb. SOCAR “Azəriqaz” İB-nin fəaliyyətindən razı qalan sahibkarlar isə il ərzində özlərinin yaratdığı problemin həllində köməklik istəyiblər. Daha dəqiq desək, istehlak edilən qaza görə yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi istəyi mikrofon önündə səslənən müraciətlərin məğzini təşkil edib.

Gəncə RQİİ-nin rəhbər şəxsləri sahibkarların istəklərinə hər il olduğu kimi bu il də Birliyin səlahiyyətləri çərçivəsində baxılacağını bildiriblər.

Samux rayonunun sahibkarlarını bir araya gətirən eyni problem - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?