Modern.az saytı prezident seçkiləri ilə bağlı Milli Qəhrəmanlardan münasibət öyrənib. Onlar kimi dəstəkləyəcək və son günlər baş verənləri necə qiymətləndirirlər?
Milli Qəhrəman Maşallah Abdullayev açıqlamasında artıq siyasi fəaliyyətlə məşğul olmadığını, amma demokratik seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib.
“Bu seçkilər xalqın ürəyincə olmalıdır. Bu gün Suriyada, Misirdə baş verənlərin vətənimizdə yaşanmasını istəməzdim. Xalqımız azad və firavan yaşamalıdır. Mən güman edirəm ki, onlar da demokratik seçkilərin keçirilməsinin tərəfdarıdırlar”.
Milli Qəhrəman Vahid Quliyev prezident seçkilərində əminliklə İlham Əliyevin qalib gələcəyini deyir. “Çünki ən layiqli namizəd odur. Və dövlətimiz üçün onun etdikləri göz qarşısındadır. Bu gün müxalifətin zəif olduğu göz qabağındadır. Mən düşünürəm ki, İlham Əliyevin alternativi yoxdur”.
Milli Qəhrəman Mirzə Quliyev 9 oktyabr 2013-cü il tarixində azad və demokratik seçkilərin keçirilməsinin tərəfdarı olduğunu deyir.
“İnanıram ki, xalqımız layiqli namizədini seçəcək. Bu gün İlham Əliyevin gördüyü işlər göz qabağındadır. O dövlətimiz üçün və xalqın rifahı, yaxşı yaşaması üçün əlindən gələni edir. İlham Əliyev ən layiqli namizəddir. Və onun alternativi yoxdur”.
Pərvin Arzuqızı