Modern.az

Avropada genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Avropada genişmiqyaslı hərbi təlimlər keçiriləcək

12 Oktyabr 2023, 10:48

Gələn il Polşa Avropanın ən böyük quru qoşunları təlimlərinə ev sahibliyi edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının yeni təyin olunmuş rəisi Vislav Kukula bildirib.

 

"Dragon-24" adlı təlimdə NATO-ya daxil olan müxtəlif ölkələrdən 20 minə yaxın hərbçi iştirak edəcək.

 

Təlimlərdə Polşa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Türkiyə, Sloveniya və Albaniya Silahlı Qüvvələrinin quru qoşunlarının bölmələri iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi