Modern.az

Ucar sakini həmkəndlisini bıçaqladı

Ucar sakini həmkəndlisini bıçaqladı

12 Oktyabr 2023, 10:44

Oktyabrın 11-də axşam saatlarında Ucar rayonunun Alpout kənd sakini İ.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Bəxtiyar İsmayılov saxlanılıb.

 

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?