Modern.az

Payızda 1,5 milyon ağac əkiləcək

Payızda 1,5 milyon ağac əkiləcək

12 Oktyabr 2023, 12:08

Meşə fondu torpaqlarında payız mövsümündə 1,5 milyon ağacın əkilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib.

 

V.Fərzəliyev bildirib ki, noyabr ayından başlayaraq meşə fondu torpaqlarında payız əkin mövsümünə start veriləcək. O qeyd edib ki, bu ilin payız əkin mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq sahələrində, o cümlədən ötən illərdən yanğına məruz qalmış meşə torpaqlarında ümumilikdə 1,5 milyon ağac tinginin əkilməsi, 25 tondan artıq toxumun səpilməsi planlaşdırılır.

 

Xidmət rəsmisinin sözlərinə görə, hazırda əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində hazırlıq işləri davam edir.

 

“Lənkəran, Lerik, Astara, Cəlilabad, Tovuz, Qazax, Ağstafa, Sabirabad, Şirvan, Şabran, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən, Ağcabədi, Beyləqan, İmişli, Göygöl, Goranboy, Bərdə, Yevlax, Zərdab, Şəmkir, Daşkəsən və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bu günədək, ümumilikdə 436 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb”, - deyə V.Fərzəliyev qeyd edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?