Modern.az

“Ermənistanda çox mühüm hadisə baş verib” - Paşinyan nəyə SEVİNDİ?

“Ermənistanda çox mühüm hadisə baş verib” - Paşinyan nəyə SEVİNDİ?

12 Oktyabr 2023, 12:47

“Ermənistanda çox mühüm hadisə baş verib”.

Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-avqust aylarında son 5 illə müqayisədə ən yüksək doğum səviyyəsi qeydə alınıb.

“Bu həm də hökumətin demoqrafiya, səhiyyə sahəsində siyasətinin nəticəsidir, bizdə ölü doğumların sayında xeyli azalma var", hökumət başçısı deyib.

Paşinyanın sözlərinə görə, yanvar-avqust aylarında Ermənistan əhalisi 7 min 150 nəfər artıb.

"Bu, çox mühüm göstəricidir", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?